Modern.az

Azərbaycan kuboku: Finalçılar məlum oldu

Azərbaycan kuboku: Finalçılar məlum oldu

Aktual

29 Aprel 2022, 23:40

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, ilk görüşdə "Qarabağ" "Qəbələ"ni qəbul edib. 

 

Xatırladaq ki, komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi. Bugünkü görüşdə "Qarabağ" 5:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

 

Günün son qarşılaşmasında "Zirə" klubu "Neftçi"nin qonağı olub. Komandalar arasında ilk görüşdə qapılara qol vurulmamışdı. Elə bu matçda da qol olmayıb. Penaltilər seriyasında "Zirə" rəqibini üstələyərək (4:2) tarixində ilk dəfə finala adlayıb.

 

Beləliklə, kubokun final matçında "Qarabağ" və "Zirə" qarşılaşacaq. Final görüşü mayın 27-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir