Modern.az

106 nəfər borca görə SAXLANILDI

106 nəfər borca görə SAXLANILDI

Aktual

30 Aprel 2022, 10:25

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.    

 

Axtarışda olduğuna görə ümumilikdə 126 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.


Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı