Modern.az

Narkoman sürücü 500 manat cərimələndi

Narkoman sürücü 500 manat cərimələndi

Aktual

30 Aprel 2022, 11:06

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 29-da Salyan rayonu ərazisində Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.


Salyan rayon Məhkəməsinin qərarı ilə Ə.Hacıyev 500 manat məbləğdə cərimələnib.


Rəsmi məlumata görə, bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!