Modern.az

"Qarabağ" rekordu təkrarladı

Aktual

30 Aprel 2022, 11:10

"Qarabağ" Azərbaycan kubokunda yeni uğura imza atıb. 

 

Modern.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Qəbələ”ni yarımfinalın hər iki oyununda məğlub edən (3:1, 5:0) Ağdam təmsilçisi tarixində 10-cu dəfə finala çıxıb. Bununla da “Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb.

 

Yubiley uğuru 5 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2016/17 mövsümündə finalda oynayan “Qarabağ” sonrakı 4 yarışın üçündə mübarizəni dayandırıb, birində turnir yarımçıq qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı