Modern.az

Bank kartını oğurlayıb hesabından pul çıxardı

Bank kartını oğurlayıb hesabından pul çıxardı

Aktual

30 Aprel 2022, 11:09

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aprelin 26-da M.İbrahimov küçəsindəki evlərin birindən ev sahibəsinə məxsus bank kartının oğurlanması və hesabındakı 1200 manatın çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Namiq Quliyev və Murad Həmidov müəyyən edilərək saxlanılıblar. 


Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...