Modern.az

Şəhid ailələri üçün iftar süfrəsi açılıb

Şəhid ailələri üçün iftar süfrəsi açılıb

Aktual

30 Aprel 2022, 10:15

Füzuli rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə müdəqqəs Ramazan bayramı ərəfəsində şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.  Tədbirdə şəhid ailələri, rayon rəhbərliyi, dindarlar  iştirak edib.

 
İftar süfrəsində şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, onların ruguna dualar oxunub, “Qurani-Kərim”dən ayələr səsləndirilib, müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs edilib.


Görüşdə çıxış edən RİH başçısı Alı Alıyev artıq iki ildir ki, Azərbaycanın   müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini bildirib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı  Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad etməsini və tarixi ədaləti bərqərar etməsini  hər bir azərbaycanlının fəxr, qürur mənbəyi olduğunu diqqətə çatdırıb.


Alı Alıyev sevincini yaşadığımız Qələbəni bizlərə qanları ilə bəxş edən şəhidlərimizin, sağlamlıqlarını bu yolda qoyan qazilərimizin hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı ilə əhatə olunduqlarını bir daha vurğulayıb.


O, görüş iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib.


Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri  göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı