Modern.az

Minaya düşən fəhlənin ölümü ilə bağlı cinayət işi AÇILIB

Minaya düşən fəhlənin ölümü ilə bağlı cinayət işi AÇILIB

Aktual

30 Aprel 2022, 13:22

Laçın rayonunda fəhlənin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

 

Xatırladaq ki, 1992-ci il təvəllüdlü Pərvin Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Mina partlayışı nəticəsində ağır bədən xəsarətləri diaqnozu ilə Bakıya gətirilən P.Salahov Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

O, ailəli olub, 1 övladı qalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı