Modern.az

Sabahdan maskaya görə cərimə də olmayacaq 

Sabahdan maskaya görə cərimə də olmayacaq 

Aktual

30 Aprel 2022, 15:17

Artıq sabahdan - mayın 1-dən xüsusi karantin rejimi müddətində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən - tibbi maskadan istifadə tələbi ləğv edilir.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat yayıb.

 

E.Hacıyev xatırladıb ki, bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

 

Azərbaycanda maska tələbi ləğv edildiyinə görə, qapalı məkanlarda maska taxmayan şəxslər cərimələnməyəcək. Buna baxmayaraq, maska taxmaq tövsiyə edilir və istəyən şəxs fərdi qoruyucu vasitələrdən istifadəyə davam edə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı