Modern.az

İrəvanda Paşinyanı belə ələ saldılar

İrəvanda Paşinyanı belə ələ saldılar

Aktual

30 Aprel 2022, 15:55

İrəvanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanı ələ salan aksiya keçirilib.

Modern.az xəbər verir ki, Paşinyanın istefasını tələb edən bir qrup erməni fəal üstünə baş nazirin şəkli yapışdırlan toyuqları Respublika meydanına buraxıb.

Meydanda gəzən toyuqlar polis əməkdaşlarının çağırışı ilə vətəndaşlar tərəfindən tutulub. 

 

"Azadlıq Hərəkatı" qrupunun üzvləri bu aksiya ilə Paşinyanı toyuq kimi qorxaq olmaqda ittiham ediblər.

 

Toyuqları gətirən fəallar saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı