Modern.az

Çində bina çökdü – 40 nəfər itkin düşdü

Çində bina çökdü – 40 nəfər itkin düşdü

Aktual

30 Aprel 2022, 16:30

Çinin Çanşa şəhərində binanın uçması nəticəsində 40-a yaxın adam itkin düşüb.

Modern.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının şənbə günü verdiyi məlumata görə, Çanşa şəhərində altı mərtəbəli binada uçqun baş verib.

 

Binada mağazalar, iaşə obyektləri, həmçinin kiçik mehmanxana yerləşirdi.

 

Bildirilir ki, hadisə nəticəsində itkin düşənlərdən əlavə 23 nəfər dağıntılar altında qalıb, indiyədək xilasedicilər 5 nəfəri dağıntılar altından çıxara bilib, onlar xəstəxanalara çatdırılıb.

 

Dağıntının səbəbi hələ müəyyən edilməyib, axtarış-xilasetmə işləri davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı