Modern.az

Bu gündən maska tələbi ləğv edildi

Bu gündən maska tələbi ləğv edildi

Aktual

1 May 2022, 00:02

Bu gündən etibarən Azərbaycanda maska tələbi ləğv edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

 

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunub.

 

Azərbaycanın beynəlxalq hava limanı ərazisində və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı