Modern.az

“Trabzonspor” 38 ildən sonra çempion oldu

“Trabzonspor” 38 ildən sonra çempion oldu

Aktual

1 May 2022, 00:20

Futbol üzrə Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində "Trabzonspor" və "Antalyaspor" komandaları qarşılaşıb.

 

Modern.az xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb.

 

Meydan sahiblərinin qollarını Andres Kornelius (3), Dorukhan Toköz (62), “Antalyaspor” klubunun qollarını isə Alassan Ndao (51) və Haci Rayt (80) vurublar. 

 

Bununla da “Trabzonspor” klubu 77 xalla çempionluğu vaxtından əvvəl təmin edib. Trabzonlular 38 illik çempionluq həsrətinə son qoyaraq, tarixində 7-ci dəfə qızıl medallara layiq görülüb.

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir