Modern.az

Azərbaycanlılar yaşayan kənddə ilan xofu: Distant təhsilə keçildi

Azərbaycanlılar yaşayan kənddə ilan xofu: Distant təhsilə keçildi

Aktual

1 May 2022, 09:05

Gürcüstanın Dmanisi bələdiyyəsinin Sameba kəndində ilanların çoxalması ilə əlaqədar orta məktəb distant təhsilə keçib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

 

Kənddəki orta məktəbdə azərbaycanlı və gürcü şagirdlərin təhsil aldığı vurğulanır.

 

Məlumata əsasən, ilanlar sinif otaqlarına döşəmədən və divarlardan daxil olurlar. Məhz buna görə də şagirdlərin təhlükəsizliyi üçün növbəti günlərdə dərslər distant şəkildə davam etdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı