Modern.az

Nensi Pelosi Kiyevdə - Zelenski ilə görüşdü

Nensi Pelosi Kiyevdə - Zelenski ilə görüşdü

Aktual

1 May 2022, 10:22

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ukraynanın paytaxtı Kiyevə səfər edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində bildirib.

 

“Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüş. ABŞ Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyiniz köməyə görə sizə təşəkkür edirik!”, - deyə Zelenski vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı