2017-ci ildə Avropa çempionu titulu aldığıma görə çox sevinirdim. Lakin bu qələbə mənim üçün daha dəyərlidir, çünki bu mənim sabit inkişafımın sübutudur.
Modern.az xəbər verir ki, bu sözləri Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Avropa Cüdo Birliyinin (EJU) saytına verdiyi müsahibəsində bildirib.
İkiqat Avropa çempionu müsahibədə qələbəsini belə şərh edib: “81 kiloqram çəkidən sonra yenidən 73 kiloqram çəki dərəcəsinə qayıtdığım üçün çox şadam, çünki bu çəki dərəcəsində özümə daha çox hakim olduğumu hiss edirəm. Turnirdə yenidən iştirak etdiyim üçün çox xoşbəxtəm”.