Modern.az

Premyer Liqanı tərk edəcək ilk klub bilindi

Premyer Liqanı tərk edəcək ilk klub bilindi

Aktual

1 May 2022, 10:53

Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

 

Modern.az xəbər verir ki, “Norviç Siti” ölkə çempionatının 35-cu turunda “Aston Villa”ya 0:2 hesabı ilə uduzaraq yüksək liqada qalmaq şanslarını itirib.

 

İyirmi bir xalla turnir cədvəlində sonuncu - 20-ci pillədə olan “Norviç Siti” son üç mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı