Modern.az

Ukraynalı qaçqınların sayı artır - YENİ RƏQƏMLƏR

Ukraynalı qaçqınların sayı artır - YENİ RƏQƏMLƏR

Aktual

1 May 2022, 11:06

Müharibə nəticəsində Ukrayna qaçqınlarının sayı 5,5 milyona çatıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı məlumat yayıb.

 

Ukraynanı müharibədən sonra 5 468 629 nəfər tərk edib. Onların böyük hissəsi (üç milyondan çox) Polşaya gedib. Rumıniyaya qaçqın kimi yollanan ukraynalıların sayı 817 mindən çox, Rusiyaya yollananların sayı 656 mindən artıq olub.

 

Bundan əlavə Macarıstana 520 min, Moldovaya 443 min, Slovakiyaya 372 min, Belarusa isə 25 mindən artıq ukraynalı gedib. Eyni zamanda 1 289 500 nəfər fevralın 28-dən bəri Ukraynaya qayıdıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı