Ukraynanın İnfrastruktur Nazirliyi Rusiya hərbçilərinin hərəkətlərinə görə bir sıra dəniz limanlarını bağlamaq qərarına gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb.
Qeyd edilib ki, Xerson, Skadovsk, Mariupol və Berdyansk limanları bağlanıb. Limanlar yenidən Ukrayna tərəfinin nəzarəti altında olduqdan sonra fəaliyyətini bərpa edəcək.