Gürcüstanda ötən sutka ərzində koronavirusa 72 yeni yoluxma halı qeydə alınıb, 3 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat yer alıb.
Son bir gündə daha 161 nəfər müalicə olunaraq sağalıb. Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 655 170 nəfər yoluxub. Onların 1 637 198-i sağalıb, 16 810-u isə ölüb.