"Təsəvvür edin, bütün məlumatları jurnalistlərdən almasaydıq, fərqli dünya olardı”.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti CO Bayden deyib.
“Mən həmişə mətbuata hörmət etmişəm, amma döyüş bölgələrində, atəşə tutulan jurnalistlərə nə qədər hörmət etdiyimi ifadə edə bilmərəm”, – ABŞ rəhbəri vurğulayıb.
Ağ Ev Müxbirlər Assosiasiyasının təşkil etdiyi ənənəvi qala şam yeməyinə qatılan Prezident Ukraynadakı müharibədə yaralanan və ya həlak olan jurnalistləri xatırlayıb, onlara ehtiram ifadə olunub.