Nigeriyanın şimal-şərqində “Boko Haram” və ISWAP terror təşkilatlarına qarşı əməliyyatlar zamanı 63 silahlı zərərsizləşdirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, general Benar Onyuko məlumat yayıb.
Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçular arasında ISWAP-ın liderlərindən biri Abubakar Dan-Buduma da var. Bundan başqa, terror təşkilatının 79 üzvü, xeyli miqdarda silah-sursat ələ keçirilib.