Modern.az

Terror qruplaşmasından bayram atəşkəsi

Terror qruplaşmasından bayram atəşkəsi

Aktual

1 May 2022, 13:09

"Təhriki Taliban Pakistan" (TTP) qruplaşması Ramazan bayramı münasibətilə mayın 12-nə qədər Pakistan ordusuna hücum etməyəcəyini bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, TTP lideri Müfti Nur Vəli Məsudun əmrinə əsasən, hücumlar bayram bitdikdən sonra davam edəcək. 

 

Qeyd edək ki, Ramazan ayı münasibətilə TTP silahlıları Pakistan ordusuna qarşı "Əl Bədir" əməliyyatlarına başlayıb və indiyə qədər təxminən 70-ə yaxın Pakistan hərbçisi öldürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı