Modern.az

Ərdoğan liderlərlə danışıqlar apardı

Ərdoğan liderlərlə danışıqlar apardı

Aktual

1 May 2022, 13:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman sultanı Heysəm ibn Tariq ibn Teymur əl-Səid ilə telefon əlaqəsi saxlayıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə-Oman əlaqələrinin gücləndirilməsi istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib.

 

Ərdoğan Omanla hər sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiklərini bildirib.

 

Prezident Ərdoğan daha sonra Qətər əmiri Şeyx Təmim ibn Hamed əl-Sani ilə telefon danışığı aparıb. Türkiyə-Qətər münasibətləri və regional hadisələrin müzakirə edildiyi söhbətdə iki ölkə başçısı Türkiyə-Qətər münasibətləri, regional məsələlərdə yaxın əməkdaşlıq qurmaq əzmində olduqlarını vurğulayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı