Modern.az

Serbiya İngiltərədən yeni qırıcılar alacaq

Serbiya İngiltərədən yeni qırıcılar alacaq

Aktual

1 May 2022, 14:15

Serbiya Böyük Britaniyadan “Eurofighter Typhoon” tipli qırıcı təyyarələrin alınmasına dair danışıqlar aparır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

 

O, Serbiyanın 2023-cü ilin əvvəlində Fransa istehsalı olan “Rafale” tipli döyüş təyyarələri alacağını vurğulayıb.

 

Qeyd edək ki, Prezident Aleksandr Vuçiçin iştirakı ilə paytaxt Belqrad yaxınlığındakı Bataynitsa hərbi hava limanında Serbiya ordusunun Çindən aldığı hava hücumundan müdafiə sistemləri, həmçinin Rusiya və qərb ölkələrinin yeni silahları nümayiş etdirilib.

 

Serbiya Çindən yeni alınan “HQ-22” hava hücumundan müdafiə sistemini istifadə edən ilk Avropa ölkəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!