Modern.az

Qurban Qurbanovun reytinqi artıb

Qurban Qurbanovun reytinqi artıb

Aktual

1 May 2022, 15:09

Dünyanın ən yaxşı baş məşqçilərinin aprel ayı üçün yeni reytinq cədvəli açıqlanıb.

 

Modern.az xəbər verir ki, aktiv fəaliyyətdə olan 500 ən yaxşı mütəxəssis arasında Azərbaycanı yalnız bir nəfər təmsil edib. Bu, Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovdur. Əlli yaşlı mütəxəssis ötən reytinqlə müqayisədə irəliləyib.

 

Q.Qurbanovun hesabında 1589 xal var. Ötən siyahıda 228-ci olan Q.Qurbanov 227-ci yerə yüksəlməyi bacarıb.

 

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2201) başçılıq edir. Onu Yurgen Klopp (2126) və Joze Mourinyo (2079) izləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir