Modern.az

“Gecə kraliçası” vəfat etdi

“Gecə kraliçası” vəfat etdi

Aktual

1 May 2022, 16:05

"Gecə kraliçası” adlandırılan fransız müğənni Rejin (Regine Zilberberg) bu gün 92 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

 

"Onun adı səhərə qədər davam edən parlaq məclislərin simvoluna çevrilib. O, rəqs meydançası bağlanan vaxta qədər oranı tərk etməyib" - bu sözləri aktyor Pierre Palmade deyib.

 

Müğənnilik karyerasına əlavə olaraq, Regin şənliklər təşkil etməklə məşhurlaşıb. O, həyatı boyu müxtəlif vaxtlarda 20-dən çox diskoteka və gecə klubuna sahib olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı