Modern.az

“Bu, son 50 ilin ən yüksək göstəricisidir” - Ərdoğan

“Bu, son 50 ilin ən yüksək göstəricisidir” - Ərdoğan

Aktual

1 May 2022, 17:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirus pandemiyası zamanı iş həyatında fasilələrin qarşısını almaq, zəhmətkeşlərin sosial və iqtisadi haqlarını qorumaq üçün onun rəhbərliyi altında bir çox tədbirlərin həyata keçirildiyini bildirib.

 

Modern.az-in xəbərinə görə, Ərdoğan 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibətilə çıxışında deyib ki, Türkiyənin inkişafı və böyüməsində zəhməti olan, alın təri ilə töhfə verən zəhmətkeşləri təbrik edir:

 

"Bizim inancımızda və mədəniyyətimizdə əməyin müstəsna dəyəri və əhəmiyyəti var. Bu həssaslıqla biz hər zaman işçilərin hüquqlarının qorunmasına önəm vermişik və bu haqların sui-istifadəsinə heç vaxt razı olmamışıq. Türkiyənin investisiya, məşğulluq, istehsal və ixrac yönlü artımında işçilərin əməyi böyükdür. Biz zəhmətkeşlərin mənafeyinə uyğun addımlar atırıq. Minimum əmək haqqını 50 faiz artırmışıq ki, bu son 50 ilin ən yüksək göstəricisidir".

 

Türkiyə prezidentinin sözlərinə görə,  COVID-19 pandemiyasına qarşı işçilərin iş həyatlarının dayanmaması, sosial və iqtisadi hüquqların qorunması üçün çox səylər göstərib:

 

"İndiyə qədər olduğu kimi, bundan sonra da bütün vətəndaşlarımızın, xüsusən də işçilərimizin yanında olacağıq. 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü münasibəti ilə böyük və qüdrətli Türkiyə quruculuğu yolunda hər zaman yanımızda olan əməkdaşlarımıza təşəkkür edir, hər birini ən səmimi arzularla təbrik edirəm."

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı