Modern.az

Saakaşvili azərbaycanlılara Ramazan sovqatı göndərdi

Saakaşvili azərbaycanlılara Ramazan sovqatı göndərdi

Aktual

1 May 2022, 17:22

Gürcüstanın həbsdə olan eks-prezideni Mixeil Saakaşvili Ramazan bayramı münasibətilə Marneulidə yaşayan müsəlmanlara bayram sovqatı göndərib.

 

Modern.az gürcü mediasına istinadən xəbər verir ki, Saakaşvilinin təbrik və hədiyyəsini millət vəkili Nona Mamulaşvili çatdırıb.

 

Mamulaşvili "VMH" üzvü Aqil Mustafayev ilə birgə Marneuli İmam Əli məscidinin axundu Hacı Hacıyev və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri seyid Mirtəqi Əsədovla görüşüb.

 

Saakaşvilinin istəyi ilə Marneuliyə səfər etdiyini deyən Mamulaşvili burada yaşayan müsəlmanları Saakaşvilinin adından bayram münasibətilə təbrik edib və onun şəxsi hədiyyəsini məscidə təqdim edib.

 

Görüş zamanı müsəlmanların problemlərini dinləyən millət vəkili bununla məşğul olacağını və parlamentdə səsləndirəcəyi barədə vəd verib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı