Modern.az

Qərb şirkətləri Rusiyadan böyük itkilərlə çıxır

Qərb şirkətləri Rusiyadan böyük itkilərlə çıxır

Aktual

1 May 2022, 18:10

Qərb şirkətləri Rusiya layihələrindən "ağrılı çıxış" nəticəsində böyük itkilərə məruz qalırlar.

 

Modern.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" qəzetində yayımlanan məqalədə bildirilir.

 

Nümunə olaraq prosesdə 3,1 milyard avro itirərək Moskvadakı biznesini satmalı olan Fransa bankı göstərilib.

 

Qeyd edilib ki, bu razılaşma rəqibləri heyrətə salıb və Qərb nəhənglərinin Rusiyanı tərk etməyi planlaşdırarkən hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirib.

 

"Neft, avtomobil və digər bizneslər anladılar ki, bazarda aktivlərini almaq istəyənlər çox deyil və ölkəni tərk etmək onlara baha başa gələcək. Amerika və Avropa tacirləri də gələcəkdə Rusiyaya qayıtmaqdan narahatdırlar. Bu perspektiv hazırda "dumanlı" görünür", - məqalədə vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı