Modern.az

Rusiyada təyyarə qəzası: ölən var

Rusiyada təyyarə qəzası: ölən var

Aktual

1 May 2022, 18:48

Rusiyanın Krasnoyarsk diyarında "Cessna 182" yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarənin göyərtəsində keşişlər olub.

 

Bildirilib ki, təyyarə Mana çayına düşüb. Orada "Məsihin Dirilməsi" Pravoslav Kilsəsinin kahinləri olub. Mixail adlı sərnişin yerindəcə dünyasını dəyişib. Pilot Yuri Getman çoxsaylı sınıq xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

 

Hadisə ilə bağlı məlumatı İstintaq Komitəsi təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı