Modern.az

Ukraynalı qaçqınların sayı 5,5 milyonu ötüb

Ukraynalı qaçqınların sayı 5,5 milyonu ötüb

Aktual

2 May 2022, 13:38

Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edərək qonşu ölkələrə sığınan qaçqınların sayı 5,5 milyon nəfəri ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb.

 

Mayın 1-nə olan məlumata görə, Ukraynanı 5 milyon 539 min 184 nəfər tərk edib. Son iki sutka ərzində qonşu ölkələrin sərhədlərini keçən ukraynalıların sayı 70 min 555 nəfərə çatıb.

 

Ukraynalıların əksəriyyəti Polşaya üz tutub. Hazırda bu ölkədə 3 milyon 56 min 826 nəfər qaçqın yerləşib. Rumınıyaya 825 min 874, Macarıstana 530 min 157 ukraynalı qaçqın gəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı