Modern.az

Evlərdən 17 min manatlıq qızıl oğurlayanlar TUTULDU

Evlərdən 17 min manatlıq qızıl oğurlayanlar TUTULDU

Aktual

2 May 2022, 13:44

Ağcabədi rayonunda evdən oğurluq edilib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsinə aprelin 25-də evlərdən birindən oğurluq olması barədə məlumat daxil olub.

 

Keçirilən əməliyyatla 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Məmmədov saxlanılıb.

 

Ağdamda isə evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş N.Mehdiyev saxlanılaraq istintaqa cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!