Modern.az

“Pegasus” yenə gündəmdə - Bu dəfə İspaniyada...

“Pegasus” yenə gündəmdə - Bu dəfə İspaniyada...

Aktual

2 May 2022, 17:53

İspaniyada Baş nazir Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin mobil telefonlarının "Pegasus" casus proqramı ilə dinlənildiyi məlum olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin sözçüsü İzabel Rodriges Sançes və Roblesin mobil telefonlarının xarici ekstremistlər tərəfindən dinlənildiyini bildirib. 

 

Sançesin telefonunun 2021-ci ilin may ayında iki dəfə, Roblesin isə 2021-ci ilin iyununda bir dəfə dinlənildiyi üzə çıxıb. 

 

"Bunlar sübut edilmiş və son dərəcə ciddi faktlardır. Bu, dövlət qurumlarından kənarda və qeyri-hüquqi sahələrdə müdaxilələrin olduğunu təsdiqləyir", - deyə dövlət rəsmisi vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı