Modern.az

Final görüşünün yeri məlum oldu

Final görüşünün yeri məlum oldu

Aktual

3 May 2022, 19:00

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə PFL-in saytında məlumat yayılıb.

 

“Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq. Matç mayın 27-də keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.

 

Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də təşkil olunacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı