Modern.az

Rusiyanın 24 500 hərbçisi məhv edilib - Baş Qərargah

Rusiyanın 24 500 hərbçisi məhv edilib - Baş Qərargah

Aktual

4 May 2022, 10:20

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun müharibə itkilərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Qərargahın sosial şəbəkə hesabında məlumat yayılıb.

 

Bildirilib ki, müharibə başlayandan indiyədək Rusiyanın 24 500 hərbçisi məhv edilib. 

 

Bundan əlavə, Rusiya ordusunun 87 qanadlı raketi, 2610 zirehli döyüş maşını, 1077 tankı, 491-dən çox artilleriya sistemi, 194 təyyarəsi, 155 helikopteri, 1867 avtomobil texnikası, 10 kater və 38 xüsusi texnikası sıradan çıxarılıb.

 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda müharibənin 70-ci günüdür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı