Modern.az

Bu il 42 abidə pasportlaşdırılacaq

Bu il 42 abidə pasportlaşdırılacaq

Aktual

4 May 2022, 11:49

Bu il azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılacaq.

 

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, 2020 və 2021-ci illərdə abidələrin pasportlaşdırılması prosesi yüksələn xətlə davam edib. 15-i işğaldan azad olunmuş ərazilərdəki abidələr olmaqla 110 pasport layihəsi 2021-ci ildə təsdiq edilib:

 

"Hazırda isə 155 abidənin pasportu və 108 abidənin mühafizə zonası üzrə sənədlərin təsdiqlənməsi ilə bağlı müvafiq işlər (Pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşma, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra hakimiyyətləri, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşma) görülür. Bu pasportlardan 42-si və mühafizə zonalarına dair sənədlərdən 10-u işğaldan azad olunmuş ərazilərdəki abidələrin payına düşür".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı