Modern.az

Qarabağda daha bir oğurluq - FOTO

Qarabağda daha bir oğurluq - FOTO

Aktual

4 May 2022, 16:06

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb. 


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları Azıx kəndi ərazisində xidmətdə olan zaman Altay Səfərəliyev, İlkin Məmmədov və Hümbət Səfərəliyevin idarələrində olan “Ford” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları çəkisi 2 ton olan metal tullantılar aşkar edilib.


Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı