Modern.az

Ronaldo ən yaxşı oyunçu seçildi

Ronaldo ən yaxşı oyunçu seçildi

Aktual

4 May 2022, 18:35

Kriştiano Ronaldo aprel ayında “Mançester Yunayted”in ən yaxşı oyunçusu seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə klubun saytında məlumat verilib.

 

Belə ki, 37 yaşlı portuqaliyalı ardıcıl ikinci dəfə “Mançester Yunayted”də ayın oyunçusu seçilib. Ümumilikdə, bu, forvardın cari mövsümdə dördüncü belə mükafatıdır.

 

Qeyd edək ki, Ronaldo 2021-ci ilin avqustundan bu klubda çıxış edir. Onun klub ilə müqaviləsi 2023-cü ilədəkdir. Bu mövsüm futbolçu komandanın heyətində 36 matçda 23 qol vurub və üç məhsuldar ötürmə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!