Bu ilin yanvar-mart aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8% artaraq 6301,0 mln. manat olub.
Modern.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 3636,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1% azalaraq 2664,4 mln. manata bərabər olub.
İstehlak məhsullarının 35,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41%-zi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7%-i isə paytaxtın məhsul bazarlarında satılıb.