Modern.az

Bakıda 53 yaşlı qadın yanaraq öldü

Bakıda 53 yaşlı qadın yanaraq öldü

Aktual

5 May 2022, 09:27

Bakı şəhərinin Səbail rayonunda taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 38 m² olan mənzilin yanar konstruksiyaları və qonşu mənzillərdə arakəsmə divar ümumilikdə 20 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir