Modern.az

Ötən gün 85 nəfər saxlanılıb

Ötən gün 85 nəfər saxlanılıb

Aktual

5 May 2022, 09:56

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.   

 

Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

 

Rəsmi məlumata görə. cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir