Bakıda yolu keçən piyadanı avtomobil vurub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, hadisə mayın 4-də saat 11 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, S.Sultanov idarə etdiyi “Saipa” markalı avtomobillə yolu keçən Svetlana Abramovanı vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Hazırda faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.