Mayın 4-də ölümlə nticələnən daha bir hadisə qəza baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, hadisə saat 15 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri C.Zöhrabovun idarə etdiyi “Opel” markalı avtomobillə Ramin Cabbarovun idarə etdiyi “Haujue” markalı motosiklet toqquşub. Nəticədə motosikletçi hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.