Modern.az

“Azəriqaz”ın baş direktoru hesabat verəcək

“Azəriqaz”ın baş direktoru hesabat verəcək

Aktual

5 May 2022, 11:27

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə. aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

 

Həm cari ilin 4 ayı, həm də aprel ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

 

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir