Modern.az

Naftalanın icra başçısı səyyar qəbul keçirib

Naftalanın icra başçısı səyyar qəbul keçirib

Aktual

5 May 2022, 11:36

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  əhali ilə yerlərdə səyyar görüş və qəbulların keçirilməsi ilə əlaqədar verdiyi müvafiq tapşırıqlara əsasən Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov tərəfindən növbəti səyar qəbul şəhərin 10,12 və 13 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə keçirilib. 

 

Modern.az xəbər verir ki, görüşdə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyəti başçısı aparatın məsul şəxsləri, bələdiyyə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

 

İcra başçısı Naftalanda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə sakinlərə ətraflı məlumat verib.

 

Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər səsləndirilib. Müraciətlər arasında çoxmənzilli yaşayış binasının liftinin təmiri, şəhərin Nəriman Nərimanov adına parkının işıqlandırılması, maddi yardım verilməsinə köməklik göstərilməsi kimi məsələlər üstünlük təşkil edib.

 

Görüş zamanı səsləndirilən problemlərin araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib. Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir