Modern.az

Yol polisi ağır qəzanın görüntülərini yaydı - FOTO

Yol polisi ağır qəzanın görüntülərini yaydı - FOTO

Aktual

5 May 2022, 15:00

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı görüntüləri yayıb.

 

BDYPİ-dən Modern.az bildirilib ki, ötən gün saat 19:00 radələrində Şəmkir rayonu, Şuşa küçəsində rayon sakini, 1990-cı il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlunun idarə etdiyi “Ford Cargo” markalı, 99-JT-341 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə onunla eyni istiqamətdə hərəkətdə olan Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Muxdarov Elsəvər Möhübbət oğlunun idarə etdiyi eyni markalı, 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomibili toqquşub və hər iki nəqliyyat vasitəsi aşıb:

 

"Qəza nəticəsində 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Elsəvər Muxdarov və sərnişini, 1977-ci il təvəllüdlü Əliyev Asif Yusif oğlu həyatını itirib, digər yük avtomobilinin sürücüsü Tural Cəfərov isə yaralanıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir