Modern.az

Türkiyədə müalicə alan iki qazi geri dönüb

Türkiyədə müalicə alan iki qazi geri dönüb

Aktual

5 May 2022, 15:38

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazi sağalaraq Vətənə geri dönüb.

 

Fonddan Modern.az-a verilən xəbərə görə, Alxasov Camal İlqar oğlu və İskəndərli Elnur Zöhrab oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

 

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

 

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir