Modern.az

Əfvlə bağlı 300-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Əfvlə bağlı 300-dən çox müraciətə baxılıb - YENİLƏNİB

Aktual

6 May 2022, 17:34

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.


Modern.az xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

 

Bundan öncə Əfv Məsələləri Komissiyasının iki iclası baş tutub. Ümumilikdə 300-dən çox müraciətə baxılıb.

 

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

 

Bu dəfə 28 May Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamının verilməsi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı