Modern.az

Konfrans Liqasında finalçılar bilindi

Konfrans Liqasında finalçılar bilindi

Aktual

6 May 2022, 08:58

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub. 

 

Modern.az xəbər verir ki, cavab oyunlarının ikisi də eyni gündə keçirilib. "Roma" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Lester"i İtaliyada qəbul edib. İtalyanlar 1:0 hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib. 

 

"Feyenoord" pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel"lə Fransada üz-üzə gəlib. Matç 0:0 hesabı ilə yekunlaşıb. İlk görüşdə  3:2 hesablı qələbə qazanan Niderland təmsilçisi finala adlayıb. 

 

Beləliklə, turnirin finalında "Feyenoord" "Roma" ilə üz-üzə gələcək. Mayın 25-i Albaniyadakı "Kombötare" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı