Modern.az

Yolu keçmək istəyən piyada öldü

Yolu keçmək istəyən piyada öldü

Aktual

6 May 2022, 10:07

Yolu keçən piyadanı avtomobil vurub öldürüb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən(DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, hadisə mayın 5-də saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində baş verib.

 

Belə ki, Bakı şəhər sakini Ə.Əlizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Tahir Süleymanovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 

 

Hazırda faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!